Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan şəhərinin ərazisindən şəhər sakini N.Məmmədyarova məxsus avtomobili qaçırmış şəxslər Hacıqabul rayonunun ərazisində tutulmuşlar

23.03.2014

Martın 23-nə keçən gecə Salyan şəhərinin ərazisindən şəhər sakini Nazim Məmmədyarova məxsus “QAZ-2705” markalı avtomobil qaçırılmışdır.

Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini Hüseyn Məmmədəliyev və Abşeron rayon sakini Ceyhun Rəşidov Hacıqabul rayonunun ərazisində tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 21-də Mehman Cəbrayılova məxsus “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları və Ceyhun Xankişiyevə məxsus “VAZ-21014” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.

23.03.2014 tarixinə olan kriminal məlumatlar