DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir

31.03.2007

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da narkotik vasitə ilə tutulmuş Şəmsəddin Kərimovun evinə baxış zamanı 362356 ədəd xaricdə istehsal olunmuş yivsiz ov tüfənginin patronları, 50000 ədəd xaricdə istehsal olunmuş pnevmatik silahın qırmaları, 25250 ədəd müxtəlif çaplı boş gilizlər, 130600 ədəd çeçni (piston), 50 kiloqram əldədüzəltmə qırma, 281 kiloqram 25 qram barıt, 1 ədəd əldədüzəltmə qırma hazırlayan dəzgah, 341 ədəd kiçik ölçülü, 34 ədəd böyük ölçülü zavod üsulu ilə Çində hazırlanmış bıçaqlar, onun oğlu Niyaməddinə məxsus «Ovçuluq» dükanından isə 5 ədəd xaricdə istehsal olunmuş beşatılan yivsiz ov tüfəngləri, 4 ədəd xaricdə istehsal olunmuş səkkizatılan yivsiz ov tüfəngləri, 4 ədəd xaricdə istehsal olunmuş qoşalülə ov tüfəngləri və 10 ədəd xaricdə istehsal olunmuş nömrələri olmayan pnevmatik tüfənglər götürülmüşdür.