DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

31.03.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qubadlı rayon sakini Sahib Qəhrəmanovdan 0,432 qram heroin, DİN Baş Mühafizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Zıkovdan 0,198 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aftandil Qasımovdan 6,275 qram heroin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Tamiyevdən 0,209 qram heroin, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Qədir Əsədovdan 0,111 qram heroin götürülmüşdür.