Oğurluğa cəhd göstərmiş Yevlax rayon sakini Əfqan Salmanov, Ağsu rayon sakinləri Fərid Rəhimov, Qabil Sadıqov və Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev saxlanılmışlar
18.03.2014Martın 18-də saat 03 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində Bakı şəhər sakini Ülfət İsgəndərova məxsus mağazanın qapısının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Yevlax rayon sakini Əfqan Salmanov, Ağsu rayon sakinləri Fərid Rəhimov, Qabil Sadıqov və Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və 28-ci PB-yə təhvil verilmişlər.