Nəsimi rayonu 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi
18.03.2014Martın 18-də saat 01 radələrində Nəsimi rayonu 20 Yanvar küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elmir Mikayılov vurulmuşdur. E.Mikayılova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.