Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.03.2014Martın 18-də saat 08 radələrində Xəzər rayonu ərazisində Cəlilabad rayon sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Məhəbbət Cəbrayılovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuşdur. E.Hüseynov və sərnişini - Sabirabad rayon sakini Samir Ağayev, habelə M.Cəbrayılovun sərnişini - Bakı şəhər sakini Kəmalə Cabbarova xəstəxanaya yerləşdirilmişlər.