Masallı rayon sakini Rza Mansurova xəsarət yetirmiş Rafiq Salmanovun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır
16.03.2014Martın 12-də Masallı rayon sakini Rza Mansurov tanışı, Gəncə şəhəri Sevinc qəsəbə sakini Rafiq Salmanova məxsus evin damından yıxılaraq döş nahiyəsindən daxilə nüfuz edən xəsarət almışdır.
Araşdırmalar zamanı Rza Mansurovla evin sahibinin oğlu Röyal Salmanov arasında münaqişə baş verməsi və bu zəmində sonuncunun ona bıçaqla xəsarət yetirib hadisə yerindən qaçması müəyyən edilmişdir.
Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.