DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Vüsal Məmmədov və Süleyman Kazımovun digər cinayət əməlləri müəyyən edilmişdir

16.03.2014

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də Hikmət Mirzəyevə məxsus mağazadan 12030 manat dəyərində məişət əşyaları oğurlamış Vüsal Məmmədov və Süleyman Kazımov tutulmuşlar.

V.Məmmədovdan 0,429 qram heroin götürülmüşdür.

S.Kazımovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Goranboy şəhər 1 saylı Poçt Şöbəsinin inzibati binasından içərisində sənədlər olan dəmir seyf, Ziya Novruzova məxsus mağazadan geyim əşyaları, Pərviz Abbasova və İsax Nəsirova məxsus çayxanalardan məişət əşyaları, habelə V.Məmmədov və Mingəçevir şəhər sakini Nadir Abbasovla birgə Veyis İbrahimova məxsus mağazadan 30 manat pul, 4 ədəd noutbuk, 1 ədəd fotoaparat və kompyuter ləvazimatları oğurlamaları müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N.Abbasov tutulmuşdur.

16.03.2014 tarixinə olan kriminal məlumatlar