Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala RPŞ-nin sahə müvəkkili Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirmiş Ceyhun Camalov tutularkən bıçaqla özünə də xəsarət yetirmişdir

11.03.2014

Martın 11-də saat 20 radələrində Zaqatala şəhərinin ərazisində naməlum şəxs münaqişə zəminində həmin ərazidə xidmət aparan Zaqatala RPŞ-nin sahə müvəkkili, polis kapitanı Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir.

A.Zeynalov Zaqatala rayon xəstəxanasına yerləşdirilmişdir.

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ceyhun Camalov tutularkən bıçaqla özünə xəsarət yetirmişdir.  
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.