Qusar şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
11.03.2014Martın 10-da saat 22 radələrində Qusar şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə Zindan-Muruq kənd sakini Nofəl Malıyev vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ-2106” markalı avtomobilin sürücüsü, Əniğ kənd sakini Vüsal Aslanlı tərəfindən törədilməsi müəyyən edilmişdir.
RPŞ tərəfindən araşdırma aparılır.