Zaqatala RPŞ-nin sahə müvəkkili Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirmiş Ceyhun Camalov tutularkən bıçaqla özünə də xəsarət yetirmişdir
11.03.2014Martın 11-də saat 20 radələrində Zaqatala şəhərinin ərazisində naməlum şəxs münaqişə zəminində həmin ərazidə xidmət aparan Zaqatala RPŞ-nin sahə müvəkkili, polis kapitanı Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir.
A.Zeynalov Zaqatala rayon xəstəxanasına yerləşdirilmişdir.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ceyhun Camalov tutularkən bıçaqla özünə xəsarət yetirmişdir.Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.