Qonşusu Xəqani Həsənovu qətlə yetirmiş Binəqədi qəsəbə sakini Əliağa Quliyev tutulmuşdur
10.03.2014Martın 10-da Binəqədi qəsəbəsinin ərazisində qəsəbə sakini Əliağa Quliyev münaqişə zəminində qonşusu Xəqani Həsənova ürək nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. X.Həsənov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev tutulmuşdur.