Xızı rayonu Tıxlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
10.03.2014Martın 10-da saat 21 radələrində Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırmışdır. M.Hüseynov hadisə yerində ölmüş, sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdirilmişlər.