Biləsuvar şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
09.03.2014Martın 9-da saat 18 radələrində Biləsuvar şəhərinin ərazisində şəhər sakini Cavid Qubadov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmyerlisi Anar Hüseynovu vurmuş və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı ağaca çırpmışdır. C.Qubadov hadisə yerində ölmüş, sərnişini, həmyerlisi Müşfiq Qılınov və A.Hüseynov xəstəxanaya yerləşdirilmiş, A.Hüseynov orada ölmüşdür.