Yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış Bakı şəhər sakini Lazım Mirzəyev tutulmuşdur
09.03.2014Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də İlhamə Əzizovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış “VAZ-21214” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Lazım Mirzəyev tutulmuşdur.