Avtomobil qaçırmış Bakı şəhər sakinləri Mail Qaralov, Rəşad İsmayılov və Müşfiq Qafarov tutulmuşlar
08.03.2014Martın 8-nə keçən gecə “Abşeron Gənclər Şəhərciyi”nin ərazisindən Mehdi Heydərova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılmışdır.
Abşeron RPŞ və Suraxanı RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakinləri Mail Qaralov, Rəşad İsmayılov və Müşfiq Qafarov tutulmuşlar. M.Qafarovdan 10,43 qram həşiş götürülmüş və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 22-də Umudvar Hacıəliyevə məxsus “VAZ-2106” markalı avtomobili də qaçırması müəyyən edilmişdir. Avtomobil martın 8-də “Abşeron Gənclər Şəhərciyi”-nin ərazisində tapılmışdır.
Bundan başqa, M.Qaralovun, R.İsmayılovun və M.Qafarovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların martın 8-nə keçən gecə Qaraçuxur qəsəbəsində qəsəbə sakini Zahid Abdullayevə məxsus sexin qarşısından 6 ədəd istilik radiatoru oğurlamaları da müəyyən edilmişdir.