Oğurluq etdiynə görə tutulmuş Sumqayıt şəhər sakini Samir Əliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
08.03.2014Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ 29-cu PB və Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Elvin Mustafayevə məxsus “Ford” markalı avtomobildən 2500 manat dəyərində ərzaq məhsulunu oğurlamış Sumqayıt şəhər sakini Samir Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, həmyerlisi Şamil Əmirovla birgə Çingiz Sadatxanova, Vidadi Nağıyevə, Zəka Quliyevə, Adil Fərəcova və Ruslan Hacıyevə məxsus avtomobillərdən ərzaq məhsulları, məişət əşyaları və təkər oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ş.Əmirov tutulmuşdur.