4 nəfər Bakı sakini qadınları cinsi istismara məruz qoymaları faktı ilə əlaqədar tutulmuşlar
27.03.2007İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sevinc Ağamalıyeva, Adilə İsgəndərova, Zemfira Əmirəliyeva və onun qardaşı Elşən cinayət əlaqəsinə girib insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə aparıb cinsi istismara məruz qoymaları faktı ilə əlaqədar tutulmuşlar.