DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.03.2007Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyevdən 1 ədəd xaricdə istehsal olunmuş, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 12,16 qram marixuana, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Əliyevdən 0,244 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürqaraqaşlı kənd sakini Xəlil İsmayılovdan 0,229 qram heroin götürülmüşdür.