Oğurluğa cəhd göstərmiş Abşeron rayon sakini Rzaqulu Allahquliyev tutulmuşdur
06.03.2014Nərimanov RPİ 16-cı PB və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Natiq Qasımova və Rəhman Mustafayevə məxsus mağazalardan 100 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamış, habelə Şamo Qazıyevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş Abşeron rayon sakini Rzaqulu Allahquliyev tutulmuşdur.
Araşdırmalar zamanı R.Allahquliyevin itkin düşməsi barədə yaxınları tərəfindən martın 5-də Zəngilan RPŞ-yə ərizə ilə müraciət edilməsi müəyyənləşdirilmişdir.