Avtomobil qaçırmış Tovuz rayonu Dönük Qırıqlı kənd sakini Qalib Abdullayev tutulmuşdur
06.03.2014Martın 6-da Tovuz rayonu Əyyublu kəndinin ərazisindən kənd sakini Habil Kərimova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Dönük Qırıqlı kənd sakini Qalib Abdullayev tutulmuşdur.