Binəqədi rayonu 7-ci mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2014Martın 5-də saat 01 radələrində Binəqədi rayonu 7-ci mikrorayonun ərazisində Bakı şəhər sakinləri Qalib Qurbanovun idarə etdiyi “VAZ-21070”, Səkinə Babazadənin idarə etdiyi “Mercedes”, Valeh Məmmədovun idarə etdiyi “Renault” və Zərdab rayon sakini Ceyhun Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Q.Qurbanova, S.Babazadəyə və onun sərnişini - Biləsuvar rayon sakini Fatimə Cəfərzadəyə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.