Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bərdə şəhər sakini Rəşad Əliyev ölmüşdür
05.03.2014Martın 4-də saat 14 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsinin ərazisində Bərdə şəhər sakini Rəşad Əliyev idarə etdiyi “VAZ-2101” markalı avtomobili aşırmışdır. Xəstəxanaya yerləşdirilmiş R.Əliyev martın 5-də orada ölmüşdür.