Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay şəhərində Ağasəf Quliyevin və arvadı Afaqı qətlə yetirmiş Musa Əhmədov və Nicat Mustafayev tutulmuşlar

04.03.2014

Martın 1-də Göyçay şəhərində Ağasəf Quliyevin və arvadı Afaqın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə tapılmışdır.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onların rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən qarət məqsədi ilə qətlə yetirilmələri müəyyən edilmişdir.

Mərhumların evindən götürülmüş pul və digər əşyalar N.Mustafayevin evində aşkar edilərək götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən M.Əhmədov və N.Mustafayev tutulmuşlar.