Gəncə şəhər sakini Sabiq Əsgərov marixuana satarkən saxlanılmışdır
04.03.2014Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sabiq Əsgərov 3,13 qram marixuananı satarkən saxlanılmışdır. Onun evinə baxış zamanı 6 kiloqram 540 qram marixuana aşkar edilərək götürülmüşdür.