Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2014Martın 1-də saat 09 radələrində Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Masallı rayon sakini Mircəlal Abdullayevin idarə etdiyi “Toyota Land Cruiser” və Bakı şəhər sakini Elşən Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. E.Abbasovun sərnişinlərindən həmyerlisi Vahid Babayev hadisə yerində ölmüş, digər sərnişinləri - Samir Əlizadəyə, Rəşad Əlizadəyə, Elşən Abuzərova, Pərviz Məmmədova və Kamran Abbasova, habelə M.Abdullayevin sərnişini, Lənkəran şəhər sakini Mübariz Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.