Ağstafa rayonu Dağ Kəsəmən kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2014Martın 1-də saat 05 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndinin ərazisində rayon sakinləri Eşqin Salamzadənin idarə etdiyi “VAZ-2106” və Tahir Həsənovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşmuşdur.
Hər 2 sürücü və E.Salamzadənin sərnişinləri - bacısı Lamiyə, Muğanlı kənd sakini Mahmud Musaquliyev hadisə yerində ölmüş, habelə T.Həsənovun sərnişini - Gürcüstan vətəndaşı Elvin Alməmmədov xəstəxanaya yerləşdirilmişlər.