Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev tutulmuşlar

26.02.2014

Fevralın 26-na keçən gecə Binəqədi rayonu Biləcəri qəsəbə sakini Cavanşir Mayılovun evindən pəncərədən girmək yolu ilə 1 ədəd fotoaparat və 2 ədəd qol saatı oğurlanmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların İzzət Məmmədovanın evindən qızıl və məişət əşyaları, Teymur İbrahimovun evindən 5000 manat pul, 1 ədəd fotoaparat və 3 ədəd mobil telefon və Azər Zeynalovun evindən 2600 manat pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.