Ağdaş rayonu Nemətabad kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
26.02.2014Fevralın 26-da saat 22 radələrində Ağdaş rayonu Nemətabad kəndinin ərazisində rayon sakini Tural Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırmışdır. Sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, həmyerliləri Anar Abdullayev və Aqil Qasımov xəstəxanaya yerləşdirilmiş, A.Abdullayev orada ölmüşdür.