Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polisə yalan məlumat vermiş Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev müəyyən edilmiş və saxlanılmışdır

20.02.2014

Fevralın 20-də saat 07 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib dəstəyi asmışdır.

Yasamal RPİ 26-cı PB və MTN-in Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.

20.02.2014 tarixinə olan kriminal məlumatlar