Bakı şəhər sakini İmaməli Səlimovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir
20.02.2014Fevralın 19-da saat 22 radələrində Sabunçu rayonu Nardaran qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ədalət Hacıyev vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İmaməli Səlimov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.