Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
19.02.2014Fevralın 19-da saat 20 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Tofiq Məmmədov vurulmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Abşeron RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.