Salyan rayonu Qızılağac kənd sakini İlqar Nəzirovu qətlə yetirmiş Şəmsəddin Əsədov tutulmuşdur
19.02.2014Fevralın 19-da saat 02 radələrində Salyan rayonu Qızılağac kəndinin ərazisində kənd sakini Şəmsəddin Əsədov münaqişə zəminində həmkəndlisi İlqar Nəzirova bıçaqla xəsarət yetirmişdir. İ.Nəzirov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsədov tutulmuşdur.