Qaradağ rayonu Lökbatan dairəsində paytaxt sakini N.Əsədova məxsus avtomobildən oğurluq etmiş şəxslər tutulmuşlar
14.02.2014Fevralın 14-nə keçən gecə Qaradağ rayonu Lökbatan dairəsində Bakı şəhər sakini Nizaməddin Əsədova məxsus “VAZ-2104” markalı avtomobildən maqnitofon oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakinləri Namiq Kəlbiyev və Elçin Cəfərov tutulmuşlar.