Biləsuvar rayonu ərazisində “Tavriya” və “İveco” markalı avtomobillər toqquşmuşdur
14.02.2014Fevralın 14-də saat 18 radələrində Biləsuvar rayonunun 9 saylı qəsəbəsinin ərazisində Cəbrayıl rayon sakini Namiq Mirzəyevin idarə etdiyi “Tavriya” və Beyləqan rayon sakini Faiq Quliyevin idarə etdiyi “İveco” markalı avtomobillər toqquşmuşdur. N.Mirzəyev və sərnişinləri, həmyerliləri Ərkinaz Quliyeva, Müşfiq Rüstəmov xəstəxanaya yerləşdirilmiş, Ə.Quliyeva orada ölmüşdür.