Səbail rayonu ərazisində “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini O.Stolyarov vurulmuşdur
14.02.2014Fevralın 13-də saat 17 radələrində Səbail rayonu Nemanzadə küçəsində Göyçay rayon sakini Fərid Qarayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Stolyarovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş O.Stolyarov fevralın 14-də orada ölmüşdür.