Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
10.02.2014Fevralın 10-da saat 12 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində “Kapital” bankda sürücü işləyən Emin Ağarzayev idarə etdiyi banka məxsus “Volkswagen” markalı avtomobili aşırmışdır. E.Ağayevin sərnişinlərindən - “Kapital” bankda xəzinədar işləyən Cavad Bədəlov hadisə yerində ölmüş, özü və inkasator işləyən digər sərnişini Səftər Nəcəfov xəstəxanaya yerləşdirilmişlər.