Oğurluq etmiş Bakı şəhər sakinləri Rəhim Ələkbərov və Elşad Behbudov tutulmuşlar
10.02.2014Fevralın 6-da paytaxtın Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakini İbrahim Rüstəmovun idarə etdiyi “Daewoo” markalı avtobusdan açıq qalmış qapıdan girmək yolu ilə maqnitofon və 2 ədəd səsgücləndirici oğurlanmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Rəhim Ələkbərov və Elşad Behbudov tutulmuşlar.