Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayon Hənifə kənd sakini Nakif Hudulovun həyətində Fəzail Abuşova məxsus avtomaşın sökülmüş vəziyyətdə tapılmışdır

04.02.2014

Fevralın 2-də Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fəzail Abuşova məxsus “VAZ-2107” markalı avtomobili qaçırdığına görə tutulmuş Elvin Həmidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avtomobili Zaqatala rayon sakini Vüqar Cavadzadəyə, Balakən rayon sakinləri Maqsud Dibirova və Rəsul Mahamaxanova satması müəyyən edilmişdir.

Baş Cinayət-Axtarış İdarəsi, Xətai RPİ, Balakən və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Cavadzadə, M.Dibirov, R.Mahamaxanov tutulmuş, avtomobil Balakən rayon Hənifə kənd sakini Nakif Hudulovun həyətində sökülmüş vəziyyətdə tapılmışdır.

04.02.2014 tarixinə olan kriminal məlumatlar