Vətəndaşlar tapdıqları silah-sursatı polis şöbələrinə təhvil verilmişlər
04.02.2014Şərur rayonu Vərməziyar kənd sakini Bayram Əliyev tapdığı 1 ədəd “Makarov SSSR” markalı qaz tapançasını, Şahbuz rayonu Külüs kənd sakini Rahim Məmmədov tapdığı 1 ədəd “VOLTRA COMBAT” markalı qaz tapançasını, 2 ədəd “F-1” və 1 “RQD-5” qumbarasını, Kəngərli rayonu Qarabağlar kənd sakini Əkrəm Abdullayev tapdığı 1 ədəd “BLOW F-92” markalı nömrəsi silinmiş qaz tapançasını könüllü olaraq RPŞ-lərə təhvil vermişlər.