Bərdə şəhər sakini Vaqif Əzizova odlu silahdan atəş açaraq xəsarət yetirmiş Xosrov Muradzadə tutulmuşdur
02.02.2014Fevralın 1-də Bərdə şəhərində “VAZ-2106” markalı avtomobildə Vaqif Əzizovun işlədiyi avtoyuma məntəqəsinə gəlmiş naməlum şəxs odlu silahdan atəş açaraq ona xəsarət yetirib hadisə yerini tərk etmişdir. V.Əzizov xəstəxanaya yerləşdirilmişdir.
Hadisə yerinə baxış zamanı 2 ədəd tapança patronu və 1 ədəd giliz götürülmüşdür.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini Xosrov Muradzadə tərəfindən törədilməsi müəyyən edilmiş və o tutulmuşdur.