Şəki şəhərində yerləşən ticarət mərkəzində yanğın baş vermişdir
02.02.2014Fevralın 2-də saat 03 radələrində Şəki şəhəri S.Rəhman küçəsində yerləşən ticarət mərkəzində yanğın baş vermişdir. Nəticədə 60-a yaxın sahibkara məxsus ümumi sahəsi 1200 kvm. olan mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.
Yanğın saat 06.30-da söndürülmüşdür.
Həmin gün saat 11 radələrində Şəki şəhər İcra Hakimiyyətinin başçısının dəvəti ilə 300 nəfərə yaxın zərərçəkmişlə görüş keçirilmişdir.