İmişli rayonu ərazisində iki şəxsdən qanunsuz ovlanmış balıq, çöl quşu, ov tüfəngi və digər avadanlıq götürülmüşdir
27.01.2014Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayonunun ərazisində rayon sakinləri Yuriy Cvaladan və Azər Həşimovdan qanunsuz əldə etdiyi 50 kiloqram balıq, qanunsuz ovlanmış 4 ədəd çöl quşu, sonuncuya məxsus “Tula” markalı ov tüfəngi, 21 patron, 1 qayıq, 2 akkumulyator və kustar üsulla hazırlanmış elektrik gücləndiricisi götürülmüş, barələrində protokol tərtib edilərək İmişli RPŞ-yə təhvil verilmişlər.