Nəsimi rayonu Bakıxanov küçəsində yol-nəqliyyat hadisəsi
27.01.2014Yanvarın 27-də saat 05 radələrində Nəsimi rayonu Bakıxanov küçəsində Astara rayon sakini Rəsul Qafarlının idarə etdiyi “VAZ-2101” və Xırdalan şəhər sakini Fəxrəddin Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. F.Məmmədov, habelə R.Qafarlının sərnişinləri - Bakı şəhər sakini İlahə Novruzova, Səbinə İsmayılova, Samir Behbudov və 25 yaşlı kişi xəstəxanaya yerləşdirilmişlər.