Biləcəri qəsəbəsinin ərazisində Bakı şəhər sakini V.Məmmədovun avtomobilindən pul oğurlamış Masazır qəsəbə sakini E.Musayev tutulmuşdur
18.01.20142013-cü il dekabr ayının 12-də Biləcəri qəsəbəsinin ərazisində “M-Trans” MMC-nin avtobus qarajında Bakı şəhər sakini Vüqar Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 500 manat pul oğurlanmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Masazır qəsəbə sakini Elnur Musayev tutulmuşdur.