Cəlilabad rayonu ərazisində “Lada-Priora” və “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur
18.01.2014Yanvarın 18-də saat 12 radələrində Cəlilabad rayonu ərazisində rayon sakinləri Məmməd Məmmədovun idarə etdiyi “Lada-Priora” və Şərik Eynullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Ş.Eynullayevin xəsarət almış sərnişinləri - Zopun kənd sakinləri Xanım Eynullayeva, Günay Eynullayeva və Gültəkin Həsənova xəstəxanaya yerləşdirilmişlər.