Ooğurluq etmiş Corat qəsəbə sakini Hacı Daşdəmirov tutulmuşdur
16.01.2014Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 21-də Rauf Allahyarova məxsus mağazadan oğurluq etmiş Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hacı Daşdəmirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvarın 8-də Ruslan Bayramova məxsus mağazadan 1600 manat pul, spirtli içki, tütün məmulatı və ərzaq məhsulları, habelə yanvarın 8-nə keçən gecə Sumqayıt şəhərinin ərazisində şəhər sakini Zamin Şirəliyevə məxsus mağazadan 35 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.