Sabirabad rayonu Şəhriyar kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
16.01.2014Yanvarın 16-da saat 18 radələrində Sabirabad rayonu Şəhriyar kəndinin ərazisində Ağcabədi rayon sakini Ülfət Soltanov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırmışdır. Sərnişinlərdən həmyerlisi Vasif Qurbanov hadisə yerində ölmüş, sürücü özü və digər sərnişinləri - qardaşı Nahid və Zaur Soltanov xəstəxanaya yerləşdirilmişlər.