Quldurluq etmiş dəstənin üzvləri tutulmuşlar
12.01.2014Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Natiq Musayevə məxsus “VAZ-2106”, bu il yanvarın 7-də və 9-da Kamil Abbasova məxsus “VAZ-2107” və Sənan Şəmilova məxsus “Mercedes” markalı avtomobilləri quldurluq yolu ilə onlardan almış Bakı şəhər sakini Famil Rəcəbov, Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov, Kəlbəcər rayon sakini Elşən Orucov və Şəmkir rayon sakini Əfqan Aslanov tutulmuşlar.