Sabunçu rayonu B.Bağırov küçəsində yol-nəqliyyat hadisəsi
12.01.2014Yanvarın 11-də saat 12 radələrində Sabunçu rayonu B.Bağırov küçəsində müəyyən edilməmiş motosikletlə Bakı şəhər sakini Sevinc Babayeva vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.